Deputat: Uşaqlar üçün ən riskli platforma “İnstagram”dır
"Uşaqların şəxsiyyət kimi formalaşmasında yaşadıqları təcrübələrdən dərs çıxarmaq həyatımızda mühüm rol oynayır”.
Adalet.az xəbər verir ki, Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında komitə sədri Hicran Hüseynova bildirib.
Deputatın sözlərinə görə, hazırda əsas məsələ sosial medianı tamamilə qadağan etmək deyil; əsas problem uşaqları rəqəmsal dünyadan təcrid edərək onları sosial qarşılıqlı əlaqələr və öyrənmə imkanlarından məhrum etmədən, bu mühitdəki təhlükələrdən necə qorumaqdır:
“Bəs burada hansı risklər mövcuddur?
Dünyadan müxtəlif nümunələrə nəzər salsaq, araşdırmalar göstərir ki, 10-15 yaşlı avstraliyalı uşaqların bir çoxu sosial mediadan istifadə edir və onların böyük bir qismi platformalarda təhsil və digər faydalı məzmunlarla qarşılaşır. Digər tərəfdən, ABŞ-də 2025-ci ildə aparılan araşdırmaya əsasən, 13 yaşlı yeniyetmələrin 71%-i, 14 yaşlıların isə 44%-i kiberzorakılığa (kiberməruza) məruz qalır”.
Komitə sədri vurğulayır ki, kiberzorakılığın nəticələri olduqca ciddidir. Amerikalı yeniyetmələrin 32%-i kiberzorakılıq səbəbindən məktəbə getmək istəmədiyini bildirir. Daha da narahatedicisi odur ki, kiberzorakılığa məruz qalan yeniyetmələrin 12%-i intihar (özünə zərər vermə) haqqında düşünür, 6%-i isə buna cəhd edir:
“Bu baxımdan ən yüksək risk daşıyan platformalar arasında "İnstaqram" i liderdir, ardınca isə "Facebook" və "Snapchat" gəlir”.
Digər Xəbərlər
26 Iyul 2026 09:00
“Qafqazın xirosiması"ndan dirçəlişə - VİDEO
25 Iyul 2026 17:36
Məhərrəmlik nə vaxt bitir?
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30


Bakı -°C

