adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Avqust 2019 09:17
9842
HADİSƏ

Dənizdə batan 4 uşaqdan sonuncunun da meyiti tapıldı

Avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Z.Cəfərzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Xatırladaq ki, avqustun 10-da Nardaran qəsəbəsi sahillərindəki nəzarətsiz ərazidə iki qardaşın övladları olan 4 azyaşlı uşaq dənizdə batmışdı. Onlar 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı, 11 yaşlı Cəfərov Əlirza Əsəd oğlu, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı Cəfərzadə Zeynəb Ramin qızıdır.

Birinci üç uşağın meyiti dalğıclar tərəfindən tapılaraq təhvil verilsə də, Zeynəb Cəfərzadə axtarılırdı.