adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Noyabr 2022 10:07
757
ŞOU-BİZNES

"Deli yürek" serialındakı Zeynebin paylaşımı gündəm oldu - FOTOLAR 

Türkiyənin tanınmış aktrisası Zeynəb Tokuş 1998-ci ildə Türkiyə gözəli seçilib. O, daha sonra Kənan İmirzalıoğlu ilə birlikdə “Deli yürek” serialında rol alıb. Sənətçi sonralar məşhurluqdan imtina edib.


Adalet.az Haberler.com-a istinadən xəbər verir ki, Zeynəb obrazı ilə yadda qalan məşhur aktrisa Zeynəb Tokuş uzun müddət sonra sosial şəbəkədə paylaşdığı fotoya görə gündəmə gəlib. Tokuşun övladlarının böyümüş olması pərəstişkarlarının diqqətindən yayınmayıb. Alp, Əli və Ayşe ilə fotosunu paylaşan Zeynəb Tokuşa izləyiciləri maraqlı şərhlər yağdırıb. Pərəstişkarları Tokuşun övladlarının çox böyük göründüyünü ifadə edərək, “Uşaqları nə vaxt böyütdün? Uşaqlar böyük olsa da, sən hələ çox gənc görünürsən” kimi şərhlər yazıblar.:

Deli Yürek'in Zeynep'i yıllar sonra ortaya çıktı, herkes çocuklarına takıldı

1998-ci il oktyabrın 5-də “Show TV”-də yayımlanmağa başlayan “Deli Yürek” serialı ekranlarda qaldığı tam 4 sezon türk millətini televiziya qarşısına qoymağı bacarıb. Türkiyə gözəli Zeynep Tokuş da Kənan İmirzalıoğlu ilə serialda baş rolu paylaşıb.

Qeyd edək ki, Zeynep hazırda yoqa müəlliməsidir. Həmçinin aktrisa illər əvvəl buzda rəqs yarışmasına qatılıb və birinci olub. Daha sonra Tokuş ardınca Erdem Yılmaztürklə ailə qurub və müəlliməliyə başlayıb. Onların 3 övladı var.
Məşhur aktrisa Gökçe Bahadır da onun tələbələri arasındadır.

 Əntiqə Rəşid