adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Mart 2017 21:28
6937
DÜNYA

Dəkkə hava limanında kamikadze özünü partladıb

Banqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanında terrorçu-kamikadze polis postuna hücum edərək özünü partladıb.

Adalet.az xəbər verir ki, bu barədə "India Today” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum saat 18:00-da baş verib. İnsident nəticəsində terrorçu ölüb. Zərərçəkənlər barədə məlumat yoxdur.