adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Sentyabr 2014 12:12
8805
MARAQLI

Dəhşət - insan ətinin dadı anladıldı!

İngiltərəninpaytaxtı Londonda iki aşpaz dadı insan ətinə bənzəyən ətdən bir hamburgerhazırlamaq üçün qəribə üsuldan istifadə edib. Adalet.az xarici mətbuata istinadənbildirir ki, aşpazlar istədikləri tamı almaq üçün indiyədək insan əti yediklərinəvə çoxsaylı qətllər törətdiklərinə görə həbs olunmuş bir qrup adamyeyəndən bu ətinnecə olduğunu izah etmələrini istəyiblər.

İnsanlıqtarixinin ən qorxunc cinayətini işləmiş bu adamyeyənlərin insan əti haqqındaverdiyi izahatlar isə dəhşət saçır:

Aleksandr adlıirland məhkum  həbsxanadan vaxtilə birgəqaçdığı dustaq yoldaşlarını yediyini deyərək, insan ətini donuz və balıq ətlərimüqayisə edib. Üstəlik əlavə edib ki, hətta bu ətlərdən də qat-qat dadlıdır.

Alman adamyeyənArmin Meues insan əti üçün "ağızda əriyir” ifadəsini işlədib.

İssey Saqavaadlı başqa bir məhkum isə "daha əvvəl yediyim bütün heyvan və quş ətlərindən dəfələrlələzzətlidir” – deyə fikrini bildirib.

QərbiAfrikadan, Misirdən olan digər məhkumlar da insan ətinin dadından danışaraqonun digər ətləri kölgədə qoyduğunu deyiblər.

İngiltərədə qandonduran bu etiraflar bir müddətdir ki, gündəmdədir. Ölkə əhalisi aşpazlarınnüfuz qazanmaq, diqqət cəlb etmək üçün bu üsuldan istifadə etmələrini pisləyib.