adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2023 12:40
1459
İDMAN
A- A+

DE BYAZİ GEDƏR AYAQDA BİZƏ BİR MİNNƏT DƏ QOYDU

Ölkə futbolunu yenidən bir on il geriyə atan De Byazinin müqaviləsi  başa çatdığına görə yenidən onunla  müqavilə  bağlanmayıb. Və gedərkən də yekə-yekə deyib ki, mən artıq Azərbaycan yığmasında  çalışmaq istəmirəm. Özü də AFFA-nın  iclasını saymazcasına yarımçıq  tərk edib.

Guya ki  çalışdırmaq istəyən  vardı. Amma sevinməyin, AFFA yəqin ki, bir De Byazi kimi urvatsız xarici məşqçi  tapacaq və gətirəcək, yenidən  bir 3-4 il də milli komandamız və azarkeşlərimiz  kef  çəkəcək. 

Saytlara  baxıram, hamı yazır ki, AFFA De Byazini istefaya  göndərdi. Ay yoldaşlar,  ay dostlar, yuxarıda  yazdığım kimi, deyib ki, mən işləmək istəmirəm.

Bunlar  ayrı-ayrı şeylərdir. Yəni qalmaq istəsəydi, amma AFFA desəydi «rədd ol», onda istefaya göndərilmiş olardı.