DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Adalet.az-ın məlumatına görə, günün ilk matçında G qrupunda Kamerun və Serbiya komandaları üz-üzə gəliblər.
Qarşılaşma 3:3 hesabı ilə bitib. Afrikalıların qollarını 29-cu dəqiqədə Jan-Şarles Kastelletto, 64-cü dəqiqədə Vinsent Abubakar və 66-cı dəqiqədə Erik Çupo-Motinq vurub.
Avropa təmsilçisində 45+1-ci dəqiqədə Strahinya Pavloviç, 45+3-cü dəqiqədə Sergey Milinkoviç Saviç və 53-cü dəqiqədə Aleksandr Mitroviç fərqlənib.
Hər iki tərəf mundialda ilk xalını qazanıb. Qrupa 3 xalla Braziliya seçməsi başçılıq edir. İkinci sıradakı İsveçrə də eyni xala malikdir. Serbiya və Kamerunun hərəyə bir xalı var.
Qrupun digər matçında "sambaçılar" İsveçrə kollektivi ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda daha iki qol vurulub.
Adalet.az-ın məlumatına görə, Afrika təmsilçisi hesabı bərabərləşdirib - 3:3
64-cü dəqiqədə Vinsent Abubakar, iki dəqiqə sonra isə Erik Çupo-Motinq adını tabloya yazdırıb.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda növbəti qol vurulub.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:1.
53-cü dəqiqədə Aleksandar Mitroviç fərqlənib.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi hazırda 2:1 hesabı ilə öndədir.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda birinci hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Komandanın ikinci qolunu 45+3-cü dəqiqədə Sergey Milinkoviç Saviç vurub.
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda növbəti qol vurulub.
Adalet.az-ın məlumatına görə, 45+1-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Strahinya Pavloviç bərabərlik qolunu vurub - 1:1
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 29-cu dəqiqədə Jan-Şarles Kastelletto Afrika təmsilçisi önə keçirib - 1:0
***
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Serbiya yığmaları arasında G qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunda üz-üzə gələcək Kamerun və Serbiya yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç
Qeyd edək ki, oyun saat 14:00-da start götürəcək.
Digər Xəbərlər
13 Mart 2026 09:51
“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
13 Mart 2026 09:48
Konfrans Liqası: 1/8 finalın 8 matçı keçirildi
13 Mart 2026 00:07
“Samsunspor” İspaniya klubuna məğlub oldu
12 Mart 2026 22:30
Günay Qurbanova Avropa çempionu oldu
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

