DÇ-2022:Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib- YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.
Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub.
Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.
Adalet.az-ın məlumatına görə, qarşılaşmanın 86-cı dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qoluna imza atıb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.
Adalet.az-ın məlumatına görə, qarşılaşmanın 68-ci dəqiqəsində Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab açılıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşmanın 61-ci dəqiqəsində Kilian Mbappe Fransanı önə çıxaran qola imza atıb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçında ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda Fransa - Danimarka matçı başlayıb.
Adalet.az-ın məlumatına görə, polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər Xəbərlər
07 Yanvar 2026 12:40
"Qarabağ" - "Turan Tovuz" matçının tarixi açıqlandı
07 Yanvar 2026 12:00
Niderlandlı futbolçunun qeyri-adi statistikası
07 Yanvar 2026 11:21
Afrika Millətlər Kubokunda 1/4 final cütlükləri bəlli oldu
06 Yanvar 2026 19:41
Məhkəmə onları həbsdə saxladı
06 Yanvar 2026 19:24
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32


Bakı -°C

