adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Iyun 2017 13:43
5168
İDMAN

DAY FUTBOLUN DA ZİBİLİ ÇIXDI

Rusiyadakeçirilən Konfederasiyalar çempionlarının yarışını izləyirəm. Deməli, belə. Ortadakı hakim artıqelə mənim kimi bir fərddi. Dayonun sözü keçmir. Bir otaqda televizyonlarıqurublar, orda beş-altı hakim oyunu izləyir və son qərar verir, ondan sonra başhakim həmin qərarı təsdiqləyir. Ayın 18-dəki iki oyundabelə müstəsna hal oldu. Birində qolu saydılar, birində saymadılar. Mənə görədə əslində səhv qərar çıxardılar.

Qol! Oyunçular sevincindənbir-birini əmir, tamaşaçılar da bir-birini. Televizyon önündə oturanlar da kimisevincdən hoppanıb düşür, kimi sevincdən ağlayır və sair və ilaxır, at gəldi örkənapardı, it gəldi çarıq. Sonra məlum olurki, yuxarıda oturan hakimlər bildirirlərki, qol ofsayddan vurulub. Soyuq duş. Yəni yeni bir həngamə. Futbol öz klassik futbolluğu ilə daha maraqlıdı, hakim səhvləri də lap gözəldi. Evdəxanımına, işdə müdirinə, yolda polisə,arayışını ala bilmədiyi JEK rəisinə, onahaqsız cəza verən hakimə və sair və ilaxır ürəyini boşalda bilməyənlər heç olmasa futbol vaxtı hakiminnəsil-nəcabətini çıxarıb qoyardılar ortalığa,ürəkləri boşalardı. İnsanları bu xoşbəxtlikdəndə məhrum etdilər.