Daşkəsəndə leysan yağışları fəsadlar törədib - YENİLƏNİB
Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.
Adalet.az-ın məlumatına görə, dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.
Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb.
Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, iki transformator yanaraq elektrik xəttinin verilməsi dayanıb.
Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.
Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.
10:04
Mayın 25-i saat 19 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.
Adalet.az xəbər verir ki, leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib./apa
Digər Xəbərlər
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28
Xocalıda mina partladı - XƏSARƏT ALAN VAR
09 Sentyabr 2026 19:03
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
09 Sentyabr 2026 18:04
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
09 Sentyabr 2026 17:51


Bakı -°C

