Daha iki növbədənkənar iclasın vaxtı bəlli oldu
Milli Məclisin iyun ayında keçiriləcək daha 2 növbədənkənar iclasının vaxtı bəlli olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, iyunun 28 və 29-da Milli Məclisin növbədənkənar iclasları keçiriləcək.
Bununla da Milli Məclisin növbədənkənar iclaslarının keçirilməsi başa çatacaq.
İclasların gündəliyi yaxın vaxtlarda açıqlanacaq. Növbədənkənar iclasda "2018-ci ilin dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Digər Xəbərlər
18 May 2024 22:00