Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonundakı küçələrdən birində hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Adalet.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən Sabunçu rayonu Bəşir Bünyadov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılmasının səbəbi yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.