16 May 2025 13:40
143
GÜNDƏM

"Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək" - Sədr

“Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək. İstilik mövsümünün müddəti ilə bağlı deyə bilərik ki, artıq bu barədə Nazirlər Kabineti və Ekologiya Nazirliyi ilə birlikdə bizim işçi qrup yaradılıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

“Daxil olan bütün müraciətləri əsas götürərək biz bu sahədə işləyirik. Hazırda ölkənin iqlim şəraiti coğrafi ərazilər üzrə qiymətləndirilməkdədir. Bu qiymətləndirmədən aslı olaraq daha soyuq dağətəyi və aran rayonlarında istilik mövsümünün müddətləri tənzimlənəcək. Bunun qanuna əlavə edilməsi problem doğurmur”, - deyə sədr bildirib.