Ukrayna müdafiə naziri: Müharibəni bitirmək istəyirik

Ukraynalılar mübarizəni davam etdirə bilər və buna qadirdilər də, lakin müharibənin bitməsini istəyirlər.
Adalet.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra bildirib.
Danışıqlardan sonra Umerov tərəflərin atəşkəs rejiminə dair fikir mübadiləsi apardıqlarını təsdiqləyib.
“Əsas prioritetimiz insanlar idi... 1000 nəfərin mübadiləsi ilə bağlı razılığa gəldik. Bu, böyük nailiyyətdir və bir daha göstərir ki, biz bu müharibəni bitirməyə çalışırıq. İkinci məqsəd atəşkəs rejimini müzakirə etmək idi. Biz üsullar haqqında fikir mübadiləsi apardıq və komandalarımız detalların mübadiləsi üzərində işləyəcək”, - nazir deyib.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
