Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib

Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir gənclik festivalı” proqramında çıxışında deyib.
O bildirib ki, terror nəticəsində Türkiyədəki qardaşlığa zərbə dəyib: “İndi ölkəmizi, millətimizi bu bəladan tamamilə xilas etmək üçün çox həssas və qətiyyətli addımlar atırıq. İnşallah, hədəfə çatana qədər dayanmayacağıq. Terrorsuz Türkiyə mənzilinə mütləq çatacağıq”.
R.T.Ərdoğan vurğulayıb ki, terror təşkilatı özünü ləğv etdiyini, silahları buraxacağını açıqlayanda içəridə bəziləri bundan narahat oldular.
"Ekranlarda üzləri düşənlərimi axtarırsınız, sütunlarında qara bağlayanlarımı axtarırsınız? Terror təşkilatına gedib, az qala, "etməyin, eləməyin, terroru buraxmayın" deyə yalvaracaqlar. Bu günə qədər terrordan bəsləndilər. Terror bitsə, dəzgahları dağılacaq, istismar sahələri yox olacaq, ideologiyalarının qumdan qalaları dağılacaq. Ona görə fəryad-fəğan edərək ətrafı bulandırmağa çalışırlar. Biz artıq bu müsibətdən qalıcı və qəti olaraq qurtulmaq istəyirik", - Türkiyə Prezidenti əlavə edib.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
