“Azərbaycan ilə ABŞ arasında hörmət və dəstəyə əsaslanan əlaqələri...”
“Yaxın və uzaq tarixin təcrübəsi göstərir ki, avantüra yolunu tutan hər hansı dövlət rəhbəri başqasının ərazisini işğal etməkdən ötrü təcavüzkar müharibəni bir anın içində başlaya və ölkəsini çıxılmaz bataqlığa sala bilir. Sülhü isə yalnız müdrik, böyük dövlət adamları yaradırlar. Burada başlıca yeri dövlət başçılarının aldıqları tərbiyə, həyat tərzləri, formalaşmış xarakterləri, psixologiyaları, dərin bilik və bacarıqları, xalqları, qonşuları, dünya qarşısında məsuliyyətləri və gələcəyə baxışları tutur”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesində dönüş nöqtəsi olan, normallaşma prosesinin, davamlı sülhün başlanğıcını qoyan Vaşinqton sülh zirvəsindən, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasından ötən bir il ərzində münaqişəyə son qoyulub, “parçala, hökm sür” siyasəti yürüdərək Cənubi Qafqazı uzun illər boyu qan gölünə çevirənlərin niyyətləri puça çıxıb, istəkləri qursaqlarında qalıb:
“Azərbaycan – Ermənistan münasibətlərində tamamilə yeni səhifə açılıb. Hadisənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı və ona məktub göndərməsi sadəcə protokol, etiket qaydası deyildir. Bunun həm Azərbaycan və Ermənistan, həm Cənubi Qafqaz, həm Azərbaycan-ABŞ, həm də beynəlxalq münasibətlər baxımından vacib dərslər verən dərin mənası vardır. Birincisi, ABŞ dövlət başçısının sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirməsi dövlət başçımızın yaratdığı sülh səyləri düsturunun digərlərinə dərs kimi göstərilməsidir. Sülhə çalışan dövlət xadimlərindən öyrənmək heç bir vaxt gec deyildir. İkincisi, müsbət hallar kimi qeyd edilən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması daim sülhə və əməkdaşlığa çalışan Azərbaycan dövlətinin niyyətini göstərir. Keçmişin qanlı səhifələrini bağlamaq istəyən Azərbaycan sülh, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq modelidir. Üçüncüsü, beynəlxalq əməkdaşlıq zəncirində də vacib həlqə olan TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyətinin, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olmasının vurğulanması dövlətimizin məsuliyyətli davranışını, sözü ilə işinin bir olduğunu göstərir. Ermənistanın da faydasına olan bu layihə üzrə işlərin ölkə ərazisində tezliklə başlanacağına ümidin ifadə olunmasını qonşunun yaxşı işindən nümunə götürmək tövsiyəsi kimi də qiymətləndirmək olar. Dördüncüsü, qısa müddət ərzində Azərbaycan və ABŞ arasında münasibətləri irəli aparan bir sıra sənədlərin imzalanması diplomatiya tarixində nadir rast gəlinəndir. Tarixi hadisə olan Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin və digərlərinin imzalanması ikitərəfli əlaqələrin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxması, çərçivəsi baxımından geniş bir bölgədə sülhə və sabitliyə töhfədir. Dövlət başçımızın “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik xarakteri daşıyan 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Prezident D.Trampın qərarını tarixi ədalətin bərpası istiqamətində önəmli addım kimi qiymətləndirməsi yaxşı perspektivlərdən xəbər verir. Beşincisi, Prezident İlham Əliyevin Azərbaycan Respublikası dövlətini G20 toplantısına dəvət etdiyinə görə ABŞ Prezidentinə təşəkkür etməsi də sadəcə, protokol, etiket qaydası anlamına gəlmir. Bu dəvət ABŞ dövlətinin ölkəmizə xoş münasibətini və dövlət başçımızın yüksək beynəlxalq nüfuzunu göstərir. G20 liderləri arasında Azərbaycan rəhbərinin dayanması bir daha göstərəcək ki, dövlətin nüfuzu, gücü, beynəlxalq münasibətlərdə oynadığı rol təkcə ölkə ərazisinin həcmi və əhalisinin sayı ilə deyil, həm də Liderinin üstün zəkası ilə ölçülür. Dövlət başçımızın məktubundakı aşağıdakı bir cümlə isə bütün digər dövlətlərlə münasibətlər üçün də örnəkdir: “Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik.”Azərbaycana sülh, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq məqsədi ilə uzadılan əllər heç bir vaxt havadan asılı qalmır, dostcasına sıxılır, qapılar açılır. Başqa cür davrananların taleyinin necə olmasının da nümunələri vardır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Avqust 2026 11:09
Prezident Pezeşkiana təşəkkür etdi
10 Avqust 2026 10:56
“Ermənistanın bu prosesi uzatması müxtəlif səbəblərdən qaynaqlanır...”
10 Avqust 2026 10:35
“Paşinyanın prezident İlham Əliyevə zəngi sülhün bərqərarı deməkdir”
10 Avqust 2026 10:17
“Dünya böyük geopolitik dəyişikliklər astanasındadır”
10 Avqust 2026 10:06
“Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil...”
09 Avqust 2026 11:34
İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26


Bakı -°C

