“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
“Rusiya tərəfi Ukrayna münaqişəsinin həlli mövzusunda Almaniya ilə heç bir rəsmi danışıqlar aparmayıb”.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
“Almaniya ilə Ukrayna münaqişəsinin mövzusunda heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikasını və praktiki addımlarını nəzərə alsaq, bu cür təmaslar çətin ki, mümkün olsun”, - nazir müavini qeyd edib.
Bununla belə, Qaluzin ictimai qrupların nümayəndələrinin qeyri-rəsmi təmaslarının mövcud olduğunu vurğulayıb.
“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələrinin qeyri-rəsmi görüşlərinə gəldikdə isə, onlar olub və davam edir”, - rusiyalı diplomatı deyib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “The Times” nəşri Bakıda Almaniya ilə Rusiya arasında qeyri-rəsmi təmasların baş tutduğu barədə məlumat yayıb. Məlumata görə, Almaniya nümayəndə heyətinə sabiq kansler Angela Merkelin administrasiyasının keçmiş rəhbəri Ronald Pofala və Brandenburg bölgəsinin keçmiş rəhbəri Mattias Platsik, Rusiya nümayəndə heyətinə isə Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və “Qazprom”un direktorlar şurasının sədri Viktor Zubkov daxil olub.
Digər Xəbərlər
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08
Türkiyə Qara dənizdə gəmilərin hərəkətini bərpa etdi
10 Avqust 2026 08:59
“İran iqtisadi baxımdan acınacaqlı vəziyyətdədir” - Tramp
10 Avqust 2026 08:54
"Azərbaycan müharibədə bizə kömək etdi" - Pezeşkian
09 Avqust 2026 21:00
Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
09 Avqust 2026 20:41
Xmeymim və Tartus bazaları təlim mərkəzi olur - Suriya və Rusiya razılaşdı
09 Avqust 2026 19:45


Bakı -°C

