“Ermənistan-Azərbaycan münasibətlərində dinamikanın artacağı gözlənilir”
“Nikol Paşinyanın yeni vizionu onu göstərir ki, ənənəvi komanda prosesinin davam etdirilməsində maraqlıdır və bu bütövlükdə özünün əvvəlki bəyan elədiyi kursa avrointeqrasiyada maraqlıdır. Amma bəzi məsələlərdə diqqəti cəlb edən proseslər var idi”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Əziz Əlibəyli Ermənistanda yeni formalaşan siyasi hakimiyyəti şərh edərkən deyib.
“Aparıcı nazirlər yerini qorudu, lakin yüksək texnologiyalarla bağlı müəyyən dəyişikliklər baş verdi. Əslində təyinatlara görə bir neçə nüans irəli sürmək olar. İlk növbədə xaricdə təhsil alan gənc kadrların vəzifədə irəli çəkilməsi öz komandasındakı ənənəvi güclü simaların arxa plana atılması hakimiyyətin vahid əldə cəmlənməsinə aparan bir proses kimi görünür. Xüsusilə də elmi akademik çevrələrdə məsul şəxslərə böyük vəzifə verilməsi, elmi-texniki inteqrasiya ilə bağlı ciddi addımların atılacağı da gözlənilir. Hər halda Ermənistanın indiki hakimiyyəti xüsusi gündəliyinə sadiq olduğunu biruzə verir və qarşıdakı dönəmdə Ermənistan-Azərbaycan münasibətlərində dinamikanın artacağı gözlənilir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 22:00
Putin Mehriban Əliyevanı təbrik etdi
25 Avqust 2026 19:06
Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır - Paşinyan
25 Avqust 2026 16:50
Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Avqust 2026 15:11
“Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün..."
25 Avqust 2026 13:32
“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”
25 Avqust 2026 11:00


Bakı -°C

