Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
“Türkiyədə CHP dönəmi bitdi. Ötən əsrin 70-ci illərindən ana müxalifət rolunu həyata keçirən CHP-nin hakimiyyətə gəlmək şansları yoxdur. Əgər, şansları olsaydı, 2002-ci ilə qədər Türkiyənin böhranlı dövrlərində gələrdilər. AKP lideri R.T.Ərdoğan güclü Türkiyə qurub. Türkiyə artıq regional gücdən beynəlxalq siyasi nizama yön verən ölkə olub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, AKP bundan sonra 10 il hakimiyyətdə qalması labüddür:
“Çünki, müxalifətdə olan siyasətçilər yeni dövrün beynəlxalq siyasi çağırışlarına cavab vermirlər. Türkiyənin parlament üsul idarəsində ilişib qalıblar. Nə Özgür Özəl, nə də Ə.İmamoğlu Türkiyəni R.T. Ərdoğan kimi güclü Türkiyə qurmaq potensialına malik deyillər. 2002-ci ilə kimi Türkiyə çətin və qaranlıq günlərini yaşayıb. ABŞ Türkiyədə dəfələrlə hərbiçilərin əli ilə hökumətləri devirib. Güclü Türkiyə PKK terror təşkilatını bitirib. Suriyanı qurur. 2020-ci ildən Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirərək, Rusiyanı regiondan çıxarır. Türkiyə güclü silah arsenalı qurur.Türkiyədə demokratiya geriliyir, iqtisadi vəziyyət pisdi nağılları ötən əsrin 50-ci illərindən deyilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Avqust 2026 19:15
Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO
03 Avqust 2026 19:11
Ceyhun Bayramov yeni səfirlə görüşdü
03 Avqust 2026 16:27
XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
03 Avqust 2026 13:53
Prezident Fələstin Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokolu təsdiqlədi
03 Avqust 2026 12:43
Rəsmi Bakı Pakistana başsağlığı verdi
03 Avqust 2026 12:08
Prezident “Yeni Səngəçal” yarımstansiyasının açılışı etdi - FOTOLAR
03 Avqust 2026 10:58
ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlayacaq – Politoloq
03 Avqust 2026 10:30


Bakı -°C

