XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib.
Son hadisədə daha iki Azərbaycan vətəndaşının minaya düşərək ağır xəsarət aldığını diqqətə çəkən XİN beynəlxalq ictimaiyyəti Azərbaycana minalardan təmizləmə işlərinə daha güclü dəstək verməyə çağırıb.
"Bu faciə minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin əsas şərtlərindən biridir", - XİN-in məlumatında deyilir.
Qeyd edək ki, bu gün Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb.
Digər Xəbərlər
11 Avqust 2026 23:31
Qədim diyarımız Naxçıvan! - VİDEO
11 Avqust 2026 23:09
Prezident sabah Sərəncam imzalayacaq
11 Avqust 2026 23:08
Bu üç bölgə inzibati cəhətdən birləşdirilir
11 Avqust 2026 23:04
"Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var" - Dövlət başçısı
11 Avqust 2026 23:02
"Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik" - Prezident
11 Avqust 2026 22:54
"Bürokratik əngəllər, məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyil" - İlham Əliyev
11 Avqust 2026 22:50
"Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi" - Ölkə başçısı
11 Avqust 2026 22:45


Bakı -°C

