“Namərd və ləyaqətsiz düşmənin sözünə, imzasına heç vaxt etibar etmək olmaz!”
“Bəşəriyyətin ən izdihamlı vida və dəfn mərasiminin izlənildiyi vaxtda ABŞ və müttəfiqlərinin İranı yenidən bombardmana başlamasının tək bircə məqsədi var - bu dəfn mərasimini pozmaq, kütləviliyi dağıtmaq! Çünki mərasim İslam düşmənlərinin, İranın rəqiblərinin gözlədiyindən də qat-qat artıq izdihamlı keçərək, "Vilayəti-fəqih" sisteminə bütün Orta Şərq coğrafiyasında legitimlik qazandıran böyük bir siyasi hərəkata, ABŞ-İsrail tandeminə nifrət aksiyasına çevrilirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
“ABŞ və onun "müsəlman əbalı" müttəfiqlərini ən çox narahat edən də məhz budur! Ayətulla Seyid Əli Xamenei, eynilə babaları kimi, təkcə ölümüylə yox, elə bu əzəmətli dəfn prosesiylə də təkcə düşmənlərinə daha böyük zərbə vurmaqla yetmədi, eyni zamanda, düşünən beyinlərə növbəti ayıldıcı siqnallarını verdi...Bu hücum həm də o gerçəyi ortaya qoydu ki, İran dövlət ağlı yeni Lider Seyid Müctəba Xamaneini ortaya çıxarmamaqda çox doğru qərar verib! Düşmənin də gərək ləyaqətli ola! Namərd və ləyaqətsiz düşmənin sözünə, imzasına heç vaxt etibar etmək olmaz!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Iyul 2026 11:26
“Rusiya bununla Azərbaycanın Ukraynadakı iqtisadi iştirakının risk daşıdığını göstərmək”
10 Iyul 2026 11:15
Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olundu
10 Iyul 2026 11:00
Milli Məclisin iclası başladı
10 Iyul 2026 10:51


Bakı -°C

