Aran filialında "Açıq Qapı" ədəbiyyatsevərləri bir araya gətirdi
18 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında ənənəvi olaraq “Ədəbiyyatımız milli-mənəvi dəyərimizdir” devizi altında növbəti "Açıq qapı" keçirilmişdir.
İnsanların asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə hər il olduğu kimi, bu il də keçirilən “Açıq qapı” tədbiri rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində rayonun idarə və təşkilatlarından, mədəni-maarif müəssisələrindən, təhsil ocaqlarından və ədəbiyyatsevərlərdən ibarət çoxsaylı ziyarətçilər muzeyə baş çəkmişlər.
Ziyarətçilər muzeydə nümayiş etdirilən ekspozisiyalarla yaxından tanış olmuş, muzeyin əməkdaşları tərəfindən qonaqlara klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların həyat və yaradıcılığı haqqında geniş və dolğun məlumatlar verilmişdir. Ekskursiyalar zamanı ünvanlanan suallar ətraflı cavablandırılmış, maraqlı müzakirələr aparılmışdır.
"Açıq Qapı" tədbirində ziyarətçilərlə aparılan maarifləndirici söhbətlər muzeylərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, ədəbiyyata marağın artırılmasında mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir.
“Açıq qapı” tədbirində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli də iştirak etmişdir. O, muzeyi ziyarət edərək ekspozisiyalarla yaxından tanış olmuş, muzeyin fəaliyyəti və burada Azərbaycan klassik ədəbiyyatı və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirmişdir.
Regionun yetirmələri olan məşhur elm, mədəniyyət və ədəbiyyat xadimlərinin əsərlərin ibarət olan sərgi ziyarətçilərin diqqətini cəlb eləmişdir. Tədbirdə Muzeyin nəzdində fəaliyyət göstərən Aran Ədəbi Birliyinin üzvləri də öz kitabların təqdim etmiş, onlar üçün təşkil olunmuş musiqili-ədəbi məclisdə yeni şeirlərini səsləndirmişlər.
Tədbirin bədii hissəsi də ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. Məktəblilər Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Xaqani Şirvaninin və İmadəddin Nəsiminin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun şeirlərindən nümunələr səsləndirmiş, ədəbiyyatımıza olan maraq və sevgilərini nümayiş etdirmişlər. Onların dahi bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsərindən təqdim etdikləri səhnəcik iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır. Səhnəcik tədbirə xüsusi rəng qataraq qonaqlarda xoş təəssürat yaratmışdır.
Sonda muzeyi ziyarət edən qonaqlar Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək, rəy və təkliflər kitabına ürək sözlərini yazmış, muzeyin fəaliyyətini yüksək qiymətləndirmiş, ekspozisiya ilə tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər. Onlar belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, muzey kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Qeyd edək ki, Ədəbiyyat Muzeyində keçirilən Açıq Qapı Günü milli-mədəni irsimizin təbliği, cəmiyyətin ədəbiyyata marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Muzeyin əməkdaşları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişlər. Ziyarətçiləri, xüsusilə məktəbliləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər.
Digər Xəbərlər
19 May 2026 12:19
Payız stansiyası - Ayaz Arabaçı yazır
19 May 2026 10:00
Azərbaycanlı yazıçı Bakıdan deport olundu
19 May 2026 09:16
Əbülfət Mədətoğlu oxucularla görüşəcək
18 May 2026 14:48
Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...
18 May 2026 11:41
Yazıçı Aqil Abbasın yeni əsəri işıq üzü görüb - “Rəmiş" kitabının təqdimatı - VİDEO
18 May 2026 10:57
Rəmiş haqqında... - Pərvanə Eyvazqızı yazır
18 May 2026 10:57
Türkiyədə Azərbaycan mətbuatı haqqında məlumat dərc edildi
18 May 2026 09:00


Bakı -°C

