adalet.az header logo
  • Bakı -°C
19 May 2026 10:46
72
MARAQLI
A- A+

Əlli manata samovar çayı olar???

Yazın gəlişi ilə əlaqədar olaraq bu gün istirahət mərkəzlərinə, xüsusilə də, bölgələrə, rayonlara üz tutanların sayı xeyli çoxalıb. Düzdür, qeyri - sabit hava şəraiti bu prosesi bir qədər ləngidir, amma buna baxmayaraq, yenə məlum yerlərə gedənlərin sayı kifayət qədərdir!

Əlbəttə, bunlar insanların haqqıdır və heç kəs onu həmin adamların əlindən ala bilməz! Ancaq bölgələrdəki bəzi xidmət sahələri bunu başqa cür edirlər! Məsələn, Türkiyədə, Gürcüstanda bir həftə  istirahət etmək  üçün bir ailənin dörd üzvünə 2 min manat bəs edir.Lakin Lənkəranda, Qəbələdə, Qusarda, Nabranda, Qubada, Qaxda, Balakəndə, Zaqatalada... bu pulla istirahət etmək mümkün deyil. Bayram günlərində vəziyyət daha da çətinləşir və istirahət mərkəzləri hər şeyin qiymətini ikiqat qaldırırlar.

Yəni dörd nəfərlik bir ailənin istirahətə üçün ölkəmizdə 4 min manata yaxın pul xərcləməlisən! Elə ondansa, o pulu verib, Türkiyənin gözəl istirahət mərkəzlərində , məsələn, Antaliyada kef eləmək olar. Üstəlik də bizdə xidmət mədəniyyəti , yeməklərin keyfiyyəti elə də yüksək səviyyədə deyil.

Bir samovar çayı 50 manata verirlər.Və var, nə var ,bu çay dəstgahıdır. Yəni yanında mürəbbə, şokolad olur. Adam var ki, şəkər xəstəsidir, şirniyyatdan istifadə edə bilmir, ancaq xidmət işçiləri bunu heç vaxt nəzərə  almırlar.Yəni fil üstündə də bülbül! Bax belə! Ona görə də bir çox imkanlı adamlar ölkəmizdə deyil , istirahət üçün xaricə gedirlər!!!

Emil FAİQOĞLU