BAŞSAĞLIĞI
Qarakişizadə Cəlal Yaşar oğlu 12 mart 2026-cı ildə vəfat edib.
Q. Cəlal Yaşar oğlu 13 yanvar 1994-cü ildə Bakı şəhərində anadan olub.
Cavan yaşda dünyasını dəyişən Cəlal, qayğıkeşliyi, sadəliyi, səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, ailəsinə və yaxınlarına bağlı, yüksək mənəvi dəyərlərə sahib bir insan olub. Q.Cəlalın vəfatı onu tanıyan hər kəs üçün olduqca ağırdır. Onun əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Dostları mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, acılarını və kədərlərini bölüşür.
Allah rəhmət eləsin!


Bakı -°C

