AzTV-də struktur dəyişiklikləri - Bəzi şöbələr birləşdirilir
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.
Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.
Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.
"Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
20 Aprel 2026 14:56
PREZİDENT QARABAĞI TİKİR, ƏLİ ƏSƏDOV İSƏ…
20 Aprel 2026 13:04
Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib
20 Aprel 2026 12:43
Pensiya alanlara şad xəbər
20 Aprel 2026 11:44
“AtaSığorta” ləğv edildi - YENİLƏNİB
20 Aprel 2026 11:42
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
20 Aprel 2026 11:19
"Azərpoçt"a yeni rəhbər təyin edildi - YENİLƏNİB
19 Aprel 2026 23:19
Özbəkistandan Məkkəyə velosipedlə gedir - VİDEO
19 Aprel 2026 20:00


Bakı -°C

