İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir
Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir.
Adalet.az xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında bildirib.
Baş nazir qonaqpərvərliyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək imkanına sahib olmaqdan məmnunluq duyur:
"Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir və bu istiqamətdə enerji əməkdaşlığını əsas prioritetlərdən biri hesab edir. Artan qeyri-sabitlik və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi şəraitində ölkələrimiz arasında əməkdaşlıq daha da vacibdir".
Baş nazir qeyd edib ki, Litva Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olunması istiqamətində səyləri qətiyyətlə dəstəkləyir, əldə olunan irəliləyişi alqışlayır və regionda sabitliyin davam etdirilməsinin tərəfdarıdır.
Digər Xəbərlər
17 Aprel 2026 21:45
Üç liderin səmimi FOTOLARI
17 Aprel 2026 20:37
İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib - FOTOLAR
17 Aprel 2026 20:10
Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi
17 Aprel 2026 19:46
Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir - Kostanyan
17 Aprel 2026 19:26
Prezident və xanımı Antalyada Forumun açılışında iştirak etdilər - YENİLƏNİB + FOTOLAR
17 Aprel 2026 19:17
Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət Hacıyev
17 Aprel 2026 19:12
Sahibə Qafarova Belçika Senatının sədri ilə görüşdü
17 Aprel 2026 17:58


Bakı -°C

