ÇOX XAHİŞ EDİRƏM, OXUYUN!!! - Mir Şahin Ağayev yazır
Hörmətli sosial şəbəkə istifadəçiləri! Hamını məsuliyyətə dəvət edirəm!
Dövlət suverenliyini bərpa etmiş Azərbaycan özünün olduqca həssas vaxtlarını yaşayır. Ermənilərin Qarabağı təəccüb doğuracaq mütəşəkkilliklə tərk etməsi fonunda baş verən bəzi müəmmalı hadisələr (Xankəndidə çoxlu ölü və yaralı ilə nəticələnən partlayış da daxil olmaqla) bizdən hər paylaşımda son dərəcə məsuliyyətli olmağı tələb edir. Elə statuslar, şərhlər və xəbərlər yazaq ki, onlardan heç kim ən müxtəlif beynəlxalq platformalarda dövlət və milli maraqlarımıza qarşı istifadə edə bilməsin. Ermənistan özünü Azərbaycanla sülh müqaviləsini guya imzalamağa hazır olan tərəf kimi göstərir, ətrafımızda yaratdığı informasiya-aqitasiya fonu və təhlükəli təxribatlarla isə bizi etnik təmizləmə aparan dövlət şəklində təqdim etməyə çalışır. Sosial Şəbəkə siqmentində ermənilərin Laçın Yolu ilə ölkəmizi tərk etməsini uşaq kimi sevincək təqdim edən azərbaycanlılar düşmənin əlinə hansı fürsəti verdiklərinin fərqində olmalıdırlar. Azərbaycanın Qarabağın erməni sakinlərini reinteqrasiya prosesinə uğurla qoşmağa başladığı bir vaxtda, dövlətin bu istiqamətdə atdığı ən ciddi addımlar fonunda, Prezident İlham Əliyev və Prezident Ərdoğanın Naxçıvandakı tarixi görüşü ilə eyni gündə Xankəndidə baş vermiş müəmmalı partlayış təsadüfə oxşamır. Unutmamalıyıq ki, Ermənistan və havadarlarına məxsus platformalar bizi etnik təmizləmədə ittiham etmək üçün çoxdan fürsət gəzir, yaratdıqları fonu da məhz bu niyyət üçün istifadə edirlər.
Hər kəsi ermənilərlə reinteqrasiyaya bacardığı səviyyədə dəstək verməyə, prosesi öz auditoriyasına düzgün izah etməyə çağırır, ölkədə, o cümlədən Qarabağda baş verən hadisələrə həvəskar-populist yanaşma sərgiləyənlərə, yersiz, düşük, təhlükəli (!) şadyanalıqlara, laykpərəstlərə sərt təpki göstərməyə və bu günlərdə həmişəkindən daha çox dövlətçi, Azərbaycançı olmağa dəvət edirəm! Oyun oynamırıq! Azərbaycanın Qələbələrini həzm etməyən dövlətlər yatmayıb. Onlar öz qüvvələrini ölkəmizə hər hansı bəhanə altında yeritməkdən ötrü çox şeydən keçməyə hazırdırlar!
Hər hansı fikri, məlumatı paylaşmazdan, şərh yazmazdan əvvəl dərindən düşünün! Ermənistan kartlarını açdı, nə edəcəyini, arzuladığı perspektivi Ararat Mirzoyanın diliylə BMT TŞ tribunasından elə bu günlərdə anons etdi. Ermənistan həmin o dövlətdir ki, Sumqayıt hadisələrini təşkil edib Azərbaycanı dünyanın ittiham hədəfinə çevirməyi bacarmışdı.
Xahiş edirəm:
Hər kəsin gözü Laçın Yolunda olsun! Burdan yalnız nələrsə, kimlərsə, haralarsa getmir! Həm də gələ bilir! Üzərimizə gələ bilir!
Başa düşməliyik ki, SPAYKA maşınlarının gözlənilmədən Ermənistana qayıtması da, könüllü erməni köçləri də, Xankəndidəki partlayış da, İrəvanın və separatçılara, onlara havadarlıq edən dövlətlərə, qüvvələrə məxsus media təmsilçilərinin bütün bunlarla eyni vaxtda Azərbaycanı etnik təmizləmədə ittiham etməsi də ən azı şübhəlidir.
Milli maraqlarımızla oynamayın!
Ərazi Bütövlüyümüzlə, Dövlət Suverenliyimizlə oynamayın!
Söhbət Azərbaycanın taleyindən gedir!
Və bu tale hər birimizdən asılıdır!
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

