COP29-la bağlı QƏRAR: Tələbələr distant təhsil alacaq
Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.
Adalet.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
- ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
- peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.
Elm və təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.
Digər Xəbərlər
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21


Bakı -°C

