“CinemaPlus”da “Qış nağılı” filminin təqdimatı keçirilib - VİDEO
“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının “Qış nağılı” Azərbaycan Yeni il komediyasının təqdimatı keçirildi!
Tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.
Santa Klaus timsalında “Merry Band” peşəkar musiqi qrupu gecəyə xüsusi ab-hava bəxş edib.
Ekran işi Yeni il gecəsi eyni hoteldə baş verən bir neçə hekayədən bəhs edir. Filmdə qəhrəmanlar hekayələr üzrə qruplaşdırılıb və hər hekayənin öz süjet xətti və baş qəhrəmanları var. “Qış nağılı”nı yaşayan və yaşadan aktyor heyəti aşağıdakı kimidir:
Murad Dadaşov, Əbdül Mahmud, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Samirə Əfəndi, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Məcid Hüseynov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Aqil M. Quliyev, Dilarə Kazımova, Günel Məmmədova, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Rövşən Məmmədli, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Şəlalə Şahvaladqızı, Asya Abdullayeva, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.
Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.
“Qış nağılı”nın ideya müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.
Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyev, quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssam Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.
Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.
Xüsusi təşəkkürlər “Light in Black” kreativ şirkətinə, “FRYDAY Burgers & Fries” restoranına bildirilir.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
17 Sentyabr 2026 20:54


Bakı -°C

