“CinemaPlus”da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən etibarən “Marvel” Studiyasının istehsalı olan ABŞ istehsalı superqəhrəman filmi – “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişinə başlayır.
Rayan Kuqlerin rejissoru və ssenari müəllifi olduğu filmin baş rollarında Letişia Rayt, Martin Friman və Tenoç Uerta çəkilib.
“Qara Pantera: Vakanda Əbədi” gizli şəkildə inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı - Vakandanın həyatından bəhs edən ikinci “Marvel” komiks filmidir.
Filmin məzmununa gəlincə, Kral Tçallanın ölümündən sonra Kraliça Ramonda, Şuri, M'Baku, Okoye və Dora Milaj Vakandanı dünya güclərindən qorumaq üçün mübarizə aparırlar. Filmdə ilk dəfə Dominik Tornun canlandırdığı Riri Uilliams obrazı ortaya çıxacaq.
Film üç dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin “Qara Pantera: Vakanda Əbədi” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən “CinemaPlus”da baxmaq olar.
Digər Xəbərlər
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

