“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

Noyabrın 14-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Midvey döyüşü” filminin nümayişinə başlanılır.
Çin və ABŞ istehsalı olan "Midvey dövüşü” filminin rejissoru Roland Emmerixdir. Baş rollarda Mendi Mur, Lük Evans və Patrik Uilsondur. 160 dəqiqəlik filmdə yaş həddi "16+”dur.
Film haqqında qısa məlumat: Film real hadisələr əsasında ekranlaşdırılıb. Midvey döyüşündə iştirak etmiş zabitlərin və sadə əsgərlərin qəhrəmanlıq hekayəsidir. ABŞ-ın İkinci Dünya Müharibəsində Yaponiya ilə olan savaşında dönüş nöqtəsi olan Midvey döyüşünün gerçək hekayəsindən bəhs edilir. Ekran işində qələbəyə gedən yolda döyüşçülərin qarşısındakı maneəni ustalıqla və cəsarətlə aşması əsas mövzudur.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:
Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:
Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərəkəldə edə bilərsiniz.
Digər Xəbərlər

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR

Kahramanmaraşda konfrans salonuna Nizami Gəncəvinin adı verildi

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin - FOTOLAR

Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası keçiriləcək

“AzDrama”da qalmaqal bitmir: Sən “AzDrama” ilə bağçanı səhv salmısan!
