Çindəki paraddan maraqlı görüntülər - VİDEO

Çin paytaxt Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş genişmiqyaslı hərbi parad keçirib.
Adalet.az xəbər verir ki, Tiananmen meydanında baş tutan paradı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da daxil olmaqla, 20-dən çox dövlət və hökumət başçısı izləyib.
Bu, Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın ictimaiyyət qarşısına birlikdə çıxdığı ilk belə tədbir olub.
Paradda Çin Xalq Azadlıq Ordusunun 10 mindən çox əsgəri, yüzlərlə hərbi texnika və təyyarə iştirak edib. Bununla yanaşı, tədbirdə Çinin nüvə raketləri, tank və pilotsuz uçuş aparatları da daxil olmaqla, yeni silah-sursat sistemləri nümayiş etdirilib.
Ümumilikdə isə paradı 50 mindən çox tamaşaçı izləyib.
Paradın görüntüləri dünya mediasında və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Tədbirdən görüntüləri təqdim edirik:
Digər Xəbərlər

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte

ABŞ Avropanı Hindistana qarşı sanksiyalara qoşulmağa çağırdı

Portuqaliyada matəmdir

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

"Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq" - Rusiya XİN
