Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 68 cinayətin üstü "isti izlər"lə açılıb.
DİN-in mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.
Digər Xəbərlər
16 Iyun 2026 10:39
Narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu
16 Iyun 2026 10:25
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı
15 Iyun 2026 17:45
Çobanlar arasında mübahisə qanla bitdi
15 Iyun 2026 16:45
Axtarışda olan 83 nəfər tutulub
15 Iyun 2026 16:17
Paytaxtda narkotik dövriyyəyə buraxmaq istəyirdi - VİDEO
15 Iyun 2026 13:18
Qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb
14 Iyun 2026 13:24
Nizamidə 30 kiloqrama yaxın narkotik müsadirə olundu - VİDEO
12 Iyun 2026 14:25


Bakı -°C

