03 Iyun 2024 12:59
3317
MƏDƏNİYYƏT

"“Cinayət işi 1937” adlı sənədli film çəkiləcək"- Radə Abbas yeni layihədən danışdı

Xəbər verdiyimiz kimi ötən ilin noyabrında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan etdi.
Hzaırda QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparıldı, layihələr təhlil edildi və qaliblər müəyyənləşdirildi.


Adalet.az xəbər verir ki, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin, (MVQSYİB) Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrand müsabiqəsində qalib gəlib.
Bununla bağlı layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas suallarınızı cavablandırıb.
O bildirib ki, demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu günbəgün inkişaf edir:" Həmçinin İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər də daha uyğun və hərtərəfli şəkildə yeniliklər yaradır. Bu gün təşkilatımızın müsabiqədə qalib olması bu inkişafın göstəricisidir".


R.Abbas qazandıqları layihə haqqında danışaraq bildirdi ki, layihəmizin adı "Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri”dir:" Qalib olan layihəmizin icrası 1 iyun 2024-cü il tarixində başlanılır.
Layihənin icrası məqsədi ilə “Cinayət işi 1937” adlı sənədli film çəkiləcək. Film ingilis və azərbaycan dilində olacaq. Layihənin icrası məqsədi ilə görüşlər tədbirlər keçiriləcək. Layihədə 1937-39-cu illər əzində represiyaya məruz qalmiş, Vətən xaini damğası vurulmuş Azərbaycan ziyalılarının sürgün edilmiş həyat yoldaşları haqda məlumatı özündə əsk etdirən “Cinatəy işi 1937” adlı sənədli filmdə faktlar danışacaq".
Qeyd edək ki, 2019-cu ildə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə birgə hazırladığı, erməni silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən ingilis dilində “Bitməyən əzab” sənədli filmi Avropanın bir çox şəhərlərində nümayiş olunmuş, ermənilərin qəzəbləndirmiş, açıq etirazlarını bildirərək, xırda təxribatlara əl atmışdılar.
Ümid edirik Radə Abbasın rəhbərliyi altında həyata keçirilən bu layihə də böyük uğura imza atacaq. Dünyada həqiqətlərin təbliği üçün əsas vəsaitlərdən birinə çevriləcək.


Əntiqə Rəşid