adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Dekabr 2016 14:11
9000
DÜNYA

Çində kömür mədənində partlayış: ölənlər var

Çinin şimalında kömür mədənində baş vermiş partlayış 17 nəfərin həyatına son qoyub.

Adalet.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaranmış dağıntıların altında mədənçilər qalıb.

Mədəndə nə qədər adamın qaldığı dəqiq məlum deyil. Hadisə yerinə xilasedicilər dəstəsi göndərilib. Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.