adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Avqust 2020 14:28
19398
DÜNYA

Çində aramsız yağıntılar nəticəsində ölənlər var

Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız leysan yağışları nəticəsində azı 6 nəfər həlak olub.

Adalet.az-ın məlumatına görə, daha 5 nəfər itkin düşmüş hesab edilir.

Yağıntılar əyalətin bir neçə şəhərində ciddi fəsadlara yol açıb. Çoxlu sayda yaşayış evinə ziyan dəyib.

Dünən başlayan yağış bu gün səhər saatlarınadək davam edib.