adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2020 12:46
20123
SİYASƏT

Çətin şəraitdə ASAN idarəçilik

İdarəçilik müasir dövrdəelm kimi araşdırılır. Dünyanın nüfuzlu ali məktəblərində "publicadminstration”, "management”, "municipal adminstration”, "strategicmanagement”, "electronic managament” və.s fənləri tədris olunur ki, buisimlərdə həm də akademiyalar, universitetlər, elm mərkəzləri də vardır. Eləaltı il təhsil aldığım (bakalavr və magistr) Azərbaycan RespublikasınınPrezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da idarəetmə elmininsirləri müasir və innovativ formada tədris olunur. Ümumiyyətlə, idаrəеtmətəcrübəsinin tarixi çоx qədimdir. Elmi idarəetmə məktəbinin - idarəetmə elmininyaradıcıları Fredrik Teylor, Henri Hant, Frenk Cilbert, Lillian Cilbert vəbaşqaları bizim еrаmızdаn əvvəl 3-cü minilliyə аid оlan qədim Şumеrdə idаrəеtməprаktikаsı, Rоmа lеgiоnlаrının nizamlı idаrəolunmasını, o cümlədən Misirehramlarının, Babilistanın asma bağlarının, Çin səddinin inşası olan dövrlərdənbəri nizamlı idarəetmə prinsiplərini necə öyrəniblərsə, müasir dövrün çətinsituasiyalarında – dünya müharibələri, təbii fəlakət-pandemiya dövrlərində,azad dünya iqtisadiyyatının tənəzzülü və virtual dünya nizamında nizamlı dövlətidarəçilik institutlarının təcrübəsi də öyrəniləcək. Artıq bu bir faktdır ki,dünyanı öz ağuşuna alan COVİD-19 pandemiyası insanların kütləvi tələfatına,dünya iqtisadiyyatının tənəzzülünə, dünya dövlətlərinin idarəçiliyini deməkolar ki, iflic vəziyyətinə saldığı bir vaxtda, AzərbaycanPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı fundamentaltədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyatakeçirilməsi, yaratdığı elektron hökümət tədbirlərinin düzgün icra vəidarəedilməsi fövqündə idarəetmə elminin öyrənilməsi və tətbiqində yeniyanaşmanın əsası qoyuldu – ASAN idarəçilik.

Onsuzda dünya dövlətlərində vəbeynəlxalq təşkilatlarda Azərbaycan brendi kimi nüfuz qazanmış ASAN idarəçiliksistemi COVİD-19 pandemiyasının ölkəmizdə yaratdığı karantin rejimi şəraitindədövlət – vətəndaş münasibətlərinin tənzimlənməsində, dövlət orqanları arasındamobil fəaliyyətin qurulmasında qüsursuz xidmət tətbiq etdi. Dövlət idarəçiliyianlayışının mahiyyəti də elə ondadır ki, o, özündə siyasi, sosial və hüquqiəlamətləri olan hadisə və prosesləri xarakterizə edir. Nəhayət, dövlət özündəyalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yüksəkformasını birləşdirir. Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyasıolub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlıinkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar vəsəmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin vəinsanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Ölkədə Ümummillilider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar,sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasiridarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır.Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyinformalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın,operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat vəmüasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkəvətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir.Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeniidarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetməninqurulmasının zəruriliyini üzə çıxarmışdır. Hazırda Azərbaycan güclü siyasiiradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempivə yaradılan yeni, səmərəli, müasir xidmət modeli olan "ASAN” və "DOST”dövlət xidmətlərinin fəaliyyəti ilə də dünyanın diqqət mərkəzindədir. Prezidentİlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişafmərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması vəxalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin,vətəndaş – məmur münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialınınformalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçünzəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğuntəkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə "Şəffaflığınartırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icraedilmiş, Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli FəaliyyətPlanında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması,hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbitolunmuşdur. 2011-ci ildə "Dövlət orqanlarının elektron xidmətlərgöstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentinfərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıqhökumətin təşviqinə dair Milli Fəaliyyət Planında da şəffaflığın artırılması vəaçıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektronxidmətlərin təkmilləşdirilməsi olmuşdur. Dövlət başçısının 2019-cu il 14 yanvartarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinintəkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı idarəetməsistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüməhəmiyyət kəsb edir. Mütərəqqi cəhətlərdən birini də idarəetməninmodernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralelşəkildə aparılması təşkil edir.

Milli inkişaf modelinin müəllifi,ölkə Prezidenti cənab İlhamƏliyevin siyasi iradəsilə "vətəndaşa, insan faktoruna yönümlü" müasiridarəetmə modelinin formalaşdırılması, idarəetmə orqanlarında aparılanislahatlar elektron hökümətin inkişafını, "One-stop-shop”dan "non-stop-shop”-akeçidi, "Onlyoneenty” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərəkeçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda,dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperatividarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə,məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və "kölgə iqtisadiyyat”danleqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatlarıdövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Siyasivarisliyə, milli maraqlara və müasirliyə əsaslanan, dövlət qulluğunun xalqaxidmət olduğunun institusional əsaslarını formalaşdıran siyasi iradə milli,modern, şəffaf və səmərəli idarəetmə modelinin qurulmasına yönəlir. Bu məqsədləqanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir və müvafiq institusionalpotensialın gücləndirilməsi istiqamətində ardıcıl xarakterli silsilə tədbirlərhəyata keçirilir. "Azərbaycan gələcəyə baxış" İnkişaf Konsepsiyanınbaşlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla,Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlətidarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tamtəmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusuilə səciyyələnən inkişafa nail olmaqdır. Beləliklə, demokratik dəyərlərəəsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməkləyanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə vəmaraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf vəsəmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir.