adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2017 11:01
16855
İDMAN

Çempionlar Liqasında “Qarabağ” möcüzəsi bitdi

Dünən ÇempionlarLiqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.


Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən"Qarabağ” sonuncu oyununa çıxıb.Ağdam təmsilçisi İtaliyada "Roma”nınqonağı olub.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formalxarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. "Canavarlar” 1/8finala çıxmaq üçünqələbə qazanmalı idilər. Qarşılıqlı hücumlar şəraitindəkeçən oyun "Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da"Qarabağ”ın Çempionlar Liqasındakı oyunları bu il üçün bitdi. Bununla yanaşı"Qarabağ” ilk dəfə mübarizə apardığı Çempionlar Liqasının qrup mərhələsində yaddaqalanoyun nümayiş etdirərək Avropanın adlı-sanlı klublarından xal ala bildi.


Qeyd edək ki, "Roma” ilə "Qarabağ” arasındaBakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra klub rəsmiləri və bəzi futbolçularoyun haqqında fikirlərini bölüşüblər:


"Qarabağ”ın prezidentiTahir Gözəl : "3-4əsas futbolçumuz meydana çıxmasa da, çox gözəl oyun alındı. Komandamız yaxşıoyun nümayiş edirdi."Roma” nəhəng klubdur.Buna baxmayaraq, futbolçularımız üzərlərinə düşən işin öhdəsindən layiqincəgəldilər. 1-2 epizodumuz oldu ki, onlar alınsaydı, qrupun taleyi dəyişəcəkdi."Atletiko”nun tək ümidi biz idik. İş elə gətirdi ki, kimin hara gedəcəyini"Qarabağ” müəyyənləşdirdi. "Roma” – "Qarabağ” oyunu həlledici oldu. Kaşbərabərə qalsaydıq. Əslində məqsədimiz 1 xal idi. Amma hesab edirəm,mübarizədən alnıaçıq, qürurla çıxdıq”.

"Çelsi” ilə ilk oyuna böyük həyəcanla çıxmışdıq. Çünkiqrupdakı ilk matçımız idi. Buna görə də Londonda böyük hesabla uduzduq. Ancaq"Roma” və "Atletiko” ilə oyunlarımızdan çox razı qaldıq. "Çelsi” ilə Bakıdakıgörüş isə mənim üçün ən ağır oyunlardan biri oldu. Hələ də o epizod yadımdançıxmır. Hakimin penalti verib-verməməsi onun öz əlindədir. Buna ehtiramlayanaşıram. Amma qırmızı vərəqə göstərməsinin yeri yox idi. Nə edə bilərdik?Çarəsiz idik. Həmin oyun mənə çox ağır təsir elədi. Ümumiyyətlə, oyunlarda çoxqırmızı vərəqələr gördük. Bugünkü oyuna da baxmaq lazımdır, görək, oyundankənarvəziyyət var idimi. Etirazım yoxdur, ancaq baxmaq lazımdır. Mübahisəliepizoddur”.
"Bu klubların tarixlərinə, alıb-satdığıoyunçulara baxanda, sözsüz ki, "Qarabağ”ın tarix yazdığını söyləmək olar. Bizimməqsədimiz "Qarabağ” adını Avropada tanıtmaq, eşitdirmək idi. Bu gün"Qarabağ”ın prezidentiyəm” deyəndə, dönürlər, məni təbrik edirlər. ArtıqAvropada "Qarabağ”a ehtiramla yanaşırlar. Bu kollektivə keyfiyyətli oyunsərgiləyən, Avropa səviyyəli komanda kimi baxırlar. Bu, böyük uğurdur”.


"Qarabağ”ınbaş məşqçisi Qurban Qurbanov:" Futbolçularımıtəbrik edirəm. İstərdik ki, məğlub olmayaq. Amma 1 qol oyunun taleyini həlletdi.«Çelsi» ilə ilk oyunu nəzərə almasaq, komandanın çıxışından razıqaldım. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Bəzi məqamlardaalınan qırmızı kartlar olmasaydı, daha çox xal toplaya bilərdik. Həm də təcrübəöz sözünü dedi.Ramil Şeydayev və Ağabala oyunun gedişini dəyişmək üçünmeydana buraxdım. Mahirlə Dino çox güc sərf etmişdi və oyunda sürəti artırmaqüçün onları əvəzlədim.Bizim kimi komandada nə qədər çox futbolçu olsa,variantlarımız, xal toplamaq imkanlarımız da çox olacaqdı.Müdafiədədiqqətli oynadılar. Futbolçuların, əsas da müdafiəçilərin çıxışından razıqaldım. Sadəcə, onlar bəzi epizodlarda hücuma qoşulmaq sarıdan problem yaşadı”.



"Roma"nınbaş məşqçisi Eusebio Di Françesko: "Xüsusi təəssüratımyoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşıoynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq.Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra dahaçox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənardaqoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyükhadisədir.Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir,futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çoxqol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.Heçbir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimidediklərimin heç birmənası olmazdı. «Çelsi» ilə oyunuçıxmaq şərtilə «Qarabağ» yaxşı oyun sərgilədi. «Qarabağ» layiqli rəqib idi.Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımızabir növ kömək etdi”.




"Qarabağ”ın yarımmüdafiəçisi Əfranİsmayılov: "Bizim itiriləsi bir şeyimiz yox idi. Amma"Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasındason oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımızabaxmayaraq, pis mübarizə aparmadıq. Amma "Roma” "Roma”dır. Elə futbolçular varki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandanistifadə edib, qol vurdular.Ümumi götürsək, yaxşı oyun alındı. Artıq bunuunutmaq lazımdır. Çempionlar Liqası bitdi. Yenidən Premyer Liqada çempion olub,bu turnirin qrup mərhələsinə düşmək lazımdır.Ümumiyyətlə, ilk dəfə mübarizəapardığınız turnirdə yaxşı çıxış etdik.Dünyanın topkomandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük birşeydir. "Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaqistəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, ÇempionlarLiqasına alışmağa başlayırıq. "Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik.Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.Heyətləbağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana idealheyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç biroyunda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunugöstərdik.”



"Roma"nın futbolçusu DieqoPerotti: "Bizim üçün gözəl bir andır. Heç kim bizəinanmırdı. Biz isə çox çalışdıq və qrupu birinci pillədə tamamlamaq üçün çoxməşq etdik. Rəqib öz oyununu oynayırdı.Biz isə öz məqamımızı gözləyirdik. Bu cür oyunlar çox təhlükəli olur. Asan matçolmadı. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.





"Qarabağ”ınyarımmüdafiəçisi Dani Kintana: "Biz öz oyunumuzu oynadıq. Baş məşqçimüdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumda yaxalamaq tapşırığı vermişdi.Hesab 1:0 olandan sonra qol vurmaq üçün şanslarımız oldu. Amma yararlanabilmədik.Çempionlar Liqasının qrup mərhələsində oynadığımızüçün fəxr edirik. Əlimizdən gələni etdik. Avropa nəhəngləri ilə bir qrupdamübarizə apardıq. Bütün bunları nəzərə alsaq, qazandığımız xalları uğur saymaqolar”.




"Roma”nınkapitanı Daniele De Rossi: "Qarabağ”ın bizə çətinlik yaradacağınıbilirdik. Amma yekunda istədiyimiz nəticəyə nail olduq. "Roma"nınAvropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzənzərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdur.De Rossi əldəetdikləri uğurlarda baş məşqçiləri Di Françesko böyük rol oynadığını söyləyib. DiFrançesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyəçatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyungöstərməyə alışdırdı”.




"Qarabağ"ın futbolçusu Maksim Medvedev:"Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analizetmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimizoldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas oyunçularımızyox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaqistəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qolimkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görəməyusuq.Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki,komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıqvə bu bizim üçün əla nəticədir. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdəyenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə dahayaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq. Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşıoynadıq. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizəimkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə"Atletiko"ya qarşı keçirdik, qol vura bildik. Bakıda atmosfer əla idi. Bundan başqa,"Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada havaçox yaxşı idi. Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılaraversəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki,azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza dagəlsinlər”.


"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev:"Oyunungərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşünnəticəsi təyin edəcəkdi. Birinci hissədə lazımı səviyyədə müdafiə oluna bildik.Amma "Roma”nın ikinci hissənin ilk 15 dəqiqəsindəki təzyiqinə dözə bilmədik.Bizim üçün vacib olan rəqibin təzyiqinin qarşısını almaq idi. İkinci hissədəbunu edə bilmədik. Ani bir epizodda qapımızda top gördük. Qoldan sonra da özoyunumuzu göstərməyə çalışdıq. Ancaq səfərdə "Roma” kimi komnadaya qarşıoynamaq asan deyildi. Əlimizdən gələni etdik. Məncə, Çempionlar LiqasındaAzərbaycanı layiqincə təmsil etdik. Növbəti illərdə də bu cür səviyyəli turnirəqatılmağa çalışacağıq. Karyeramızı bitirənə qədər hər ilÇempionlar Liqasınavəsiqə qazansaq, əla olar. İlk dəfə oynadıq, həqiqətən ləzzət aldıq.Futbolçu üçün daha üzücü böyükhesablıməğlubiyyətdir. Bir də prinsip söhbəti var. Bu görüş bizim üçün elə dəəhəmiyyət daşımırdı. Fərdi heç kimi qeyd etmək istəmirəm. Ümumi olaraq deyimki, Şehiçdən tutmuş Ndlovuya kimi hamı vəzifəsindən öhdəsindən gəlməyə çalışdı.Ən azından 70-80 faiz bacardıq. İndi daha çox əmin oluram, Çempionlar Liqasındaehtiyat oyunçular skamyası daha zəngin olmalıdır. Çünki bu cür turnirdəitkiləri düşünmək ciddi problemlər yaradır. İnanıram ki, qarşıdakı illərdə dahaçox futbolçumuz olacaq və belə problemləri yaşamayacağıq.De RossiDünya və Avropa çempionatlarında oynayıb. Bu futbolçuya gözümüş öyrəşib.ÖzümüDe Rossi ilə müqayisə etmirəm. Amma yuxarı səviyyəyə çıxmaq üçün mənə bir şanslazımdır. Həmin şans olandan sonra bu suala cavab verə bilərəm”.


"Roma”nınfutbolçusu Raca Nainqqolan:"Bu, çətin oyunda qazanılan yaxşı nəticədir.Çünki rəqib tamamilə müdafiədən oynayırdı. Bizrəqib qapısına yol tapmağa çalışırdıq. "Qarabağ” isə sərt oynayırdı. Ancaqsonadək səbr etdik, öz oyun üslubumuza sadiq qaldıq və sonda bunun bəhrəsinigördük. Düzgün oynadıq və lazım olan qolu vurduq.Nainqqolan qrupdan çıxmağalayiq olduqlarını əlavə edib. Biz başqa nəticə gözləmirdik. Növbəti mərhələyəqrup lideri kimi adlamağı bacardıq. Buna layiqik”.