Cəzaçəkmədən azad edilən 3 minə yaxın şəxsə birdəfəlik müavinətlər verilib

2025-ci il iyulun 1-i vəziyyətinə görə ölkə üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2 min 800 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.
Digər Xəbərlər

Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

"Tərəkəmə" vergidən yayınır!
