Ceyhun Rzayev: Mahirin yerində olsaz, o cındırxanaya qayıdarsız?
Bəlkə imkan verək, Mahir həyatını yaşasın. 5 müxtəlif televiziya verilişinə çıxıbmış. Pahoooo, nə böyük iş olub. Onsuz da Bakıdadır, "Legiya" ilə Dubayda təlim-məşq toplanışında deyil. Ha Sulutəpədəki villasında pleysteyşn oynayır, ha da Fəlakətin verilişinə çıxıb, nə fərqi var, onsuz da məşq eləmir də. Çox dəhşət cəmiyyətimiz var. Hər şey pokazuxalıx üzərində qurulub. Əminəm ki, Mahir formada qalmaq üçün hər gün qaçır, dostlarıyla futbol oynayır. İnstaqram-da hər gün məşq görüntüsü paylaşsa, heç kim heç nə deməyəcək. 10 milyonluq ölkə səfərbər olub ki, yox e, qaqaş, Polşaya qayıtmalısan. Niyə də? Rahat buraxın adamı. Bəlkə futboldan bezib, futbolu atmaq istəyir. Bəlkə Taleh Yüzbəyov kimi o da Tarqovıda kafe açıb "By Mahir Emreli" adıyla iş həyatına atılmaq istəyir. Ümumiyyətlə, məsələnin mahiyyətini bilirsiz? Polisin qoruduğu avtobusa fanatlar daxil olur, 2 nəfəri döyürlər. Biri də bizim Mahir. Mahir arxa yerlərdən birindəymiş. Ön sıralardakı polyaklara heç nə eləmirlər, gəlib imennı arxadakı Mahiri vururlar. Avtobusda olan 30 komanda yoldaşı da bu zorakılığa sadəcə tamaşa edir. Avtobusun qapısını kim açdı, polis hara baxırdı? Bunlar özü-özlüyündə müəmmadır. Mahirin yerində olsaz, o cındırxanaya qayıdarsız?
Digər Xəbərlər
05 Oktyabr 2026 22:18
Prezidentdən cüdo üzrə dünya çempionatının açılışı ilə bağlı paylaşım
05 Oktyabr 2026 20:00
Balde "Arsenal"ı seçdi
05 Oktyabr 2026 19:38
Prezident Əhmədə nə dedi? - FOTOLAR
05 Oktyabr 2026 19:11
"Real Madrid" Arda Gülerlə yeni müqavilə imzalayır
05 Oktyabr 2026 16:42
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” aldı
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33


Bakı -°C

