Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.
Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
01 Mart 2026 19:03
Ceyhun Bayramov həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
01 Mart 2026 17:27
Ceyhun Bayramov Əraqçiyə başsağlığı verdi
01 Mart 2026 15:35
"Xameneinin faciəvi vəfatı bizi kədərləndirdi" - Prezident başsağlığı verdi
01 Mart 2026 12:11
XİN Yaxın Şərqdəki vətəndaşlara müraciət etdi
01 Mart 2026 12:10
İranda bir nəfər vətəndaşımız xəsarət alıb - XİN
28 Fevral 2026 21:10
Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!
28 Fevral 2026 20:05
Yaxın Şərqdəki ağır müharibənin detalları... - Səxavət Məmməd yazır
28 Fevral 2026 12:34


Bakı -°C

