"Xameneinin faciəvi vəfatı bizi kədərləndirdi" - Prezident başsağlığı verdi
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
Adalet.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.
Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.
Allah rəhmət eləsin!".
Digər Xəbərlər
01 Mart 2026 19:03
Ceyhun Bayramov həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
01 Mart 2026 17:27
Ceyhun Bayramov Əraqçiyə başsağlığı verdi
01 Mart 2026 17:00
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi
01 Mart 2026 12:11
XİN Yaxın Şərqdəki vətəndaşlara müraciət etdi
01 Mart 2026 12:10
İranda bir nəfər vətəndaşımız xəsarət alıb - XİN
28 Fevral 2026 21:10
Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!
28 Fevral 2026 20:05
Yaxın Şərqdəki ağır müharibənin detalları... - Səxavət Məmməd yazır
28 Fevral 2026 12:34


Bakı -°C

