Ceyhun Bayramov Estoniya xarici işlər naziri ilə görüşüb
2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. O, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq platformalarda, habelə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Tərəflər, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, yaşıl enerji, yüksək texnologiyalar, təhsil, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər, bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
29 Dekabr 2025 15:12
Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri ilə telefon danışığı aparıb
29 Dekabr 2025 14:38
Azərbaycan XİN-dən Somalidəki son hadisələrə dair BƏYANAT
29 Dekabr 2025 13:54
İlham Əliyev Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi
29 Dekabr 2025 12:23
“Rusiyanın bu addımı tərəflər arasında ciddi gərginliyə səbəb olacaq”
29 Dekabr 2025 11:03
İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
29 Dekabr 2025 10:59
Ölkənin idman siyasəti: uğurlar və strateji hədəflər
29 Dekabr 2025 09:10
“Vaşinqton Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”
27 Dekabr 2025 11:40


Bakı -°C

