Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Çexiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 1-dən etibarən ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edir.
Adalet.az-ın məlumatına görə, növbəti 3 həftə müddətində sakinlərə yaşadıqları rayonun hüdudlarını tərk etmək qadağan olunacaq.
Bu qadağa yalnız işlə bağlı səfərlərə və tibbi məqsədlərlə gediş-gəlişə şamil olunmayacaq. Eyni zamanda ölkədə pandemiya ilə bağlı fövqəladə vəziyyət rejiminin müddəti martın 28-dək uzadılıb.
Qeyd edək ki, Çexiyada bu günədək 1,2 milyondan çox şəxs koronavirusa yoluxub, 20 minə yaxın xəstə ölüb. Son iki həftədə ölkədə 133 mindən çox yoluxma qeydə alınıb.
Digər Xəbərlər
29 Aprel 2024 16:19
Blinken: Putinin Ukrayna planı iflasa uğrayıb
29 Aprel 2024 16:05Stoltenberq gözlənilmədən Kiyevə gəlib
29 Aprel 2024 15:33Rəsmi Astana: Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq
29 Aprel 2024 15:17Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb
29 Aprel 2024 15:03