24 Iyun 2024 17:35
510
İDMAN

Çexiya–Türkiyə oyununun hakimləri açıqlandı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının III turunda Çexiya–Türkiyə komandaları arasındakı oyun üçün hakim təyinatları açıqlanıb.

Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hamburqda baş tutacaq görüşün referisi rumıniyalı İştvan Kovaç olacaq. Ona həmyerliləri Vasile Marinesku və Ovidiu Artene kömək edəcəklər. Dördüncü hakim funksiyasını norveçli Espen Eskas yerinə yetirəcək.

VAR-da isə polşalı Tomasz Kviatkovski olacaq.

Qeyd edək ki, iyunun 26-da baş tutacaq Çexiya–Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.