CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK LAÇINLI FƏRİD
Fərid İbad oğlu 20 .07.1999 -cu il dünyaya göz açıb. Əslən Laçının Hacılar kəndindən olan igid vətən oğlu bircə dəfə də olsun o dilbər yurdda qəlbində bir and yaşadırdı:nə olur olsun,Vətəni mənfur düşmənin tapdağından azad etmək zamanı gələndə əlinə silah alacaq və son nəfəsinə qədərdöyüşəcək. . Elə də oldu.
Fərid İlyasov 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbinin birinci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı məktəbdə davam etdirib. 2017-ci ilin iyul ayında Laçın Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra hərbiçi kimi fəaliyyətini davam etdirib. Daha sonra Naxçıvan Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb.
2020-ci ilın sentyabrında başlayan Vətən Müharibəsinin on ikinci günündə Naxçıvandan Qarabağ cəbhəsinə göndərilib. Fərid İlyasov 30 oktyabr 2020-cil ildə şəhidlik zirvəsinə ucalıb. Bilirdim ki,Fəridimin atası İbad kişi xeyli müddətdir ki,müalicə alır və vaxtının çoxunu Laçında keçirir.Mərasim başlamazdan əvvəl bir kənara çəkilib hal-əhvalını soruşdum. Sonra da Fəridlə bağlı yeni bir xatirəsi və ya indiyədək eşitmədiyim bir məlumatın olub-olmadığını öyrənmək istədim.
İbad İlyasov:’’Jalə xanım,2025- ci ilin dekabrında Fəridin şəhid olduğu məkana getdim. Ordan Şuşaya təxminən bir kilometr məsafə var. Hələ də inana bilmirəm ki,uşaqlar həmin yerdə şəhid olub.Fəridin döyüş yoldaşı ilə Sığnaq kəndinin postu deyilən əraziyə getdik. Bu gün də mənə müəmmalı qalıb ki, onlar ora necə çatıblar. Oradan qəlpələr və patronlar gilizləri tapdım və gətirib Fəridin ev muzeyinə verdim. Artıq dörd ildir ki,Laçında yaşayıram. Səhhətimlə bağlı dializ müalicəsi aldığım üçün son vaxtlar daha çox Bakıda oluram. ‘’
Hər zaman olduğu kimi bu il də anım mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi duruşu və Dövlət Himnimizi səsləndirilməsi iləbaşladı.
Bu gün də çox həyacanlı idim. Yaşları əlliyə çatmamış şəhid analarının solğun çöhrəsinə,həsrətin yükündən beli bükülsə də,vüqarını itirməyən əziz ataların simasına baxmaq böyük ürək istəyir.
Anım mərasimində Fərid İlyasovun dayısı Faqət İbrahimov,Mirəli Quliyev , Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ,şəhid Rəşad Zeynallının anası Hafizə xanım,atası Qyas Zeynallı və digər şəhid ailələrinin nümayəndələri çıxış etdilər. Xiyabanda mərasimin sonunda müəllifi olduğum ‘’Şirin ömür payım Vətənə qurban’’ kitabını Fərid İlyasovun Bakıdakı ev muzeyinə,eləcə də Fəridin dayısı Faqət İbrahimovun təşəbbüsü ilə Laçında inşa edilən və bütün şəhidlərimizin xatirəsini yaşadacaq Şəhidlər Muzeyi üçün hədiyyə etdim. Beş şəhidimizin ömür və qəhramanlıq yolundan bəhs edən bu kitabın həmin müqəddəs məkanda öz yerini alacağına inanmaq mənə xüsusi təsəlli verdi.
Mərasim çay süfrəsi arxasında din xadimlərinin duaları və kəlamları ilə davam etdi.Tədbirdə əslən Cəbrayıldan olan, şəhidlərimiz haqqında 17 kitabın müəllifi 73 yaşlı şairə Elmira Aslanxanlı Turan Fərid İlyasovun əziz xatirəsinə həsr etdiyi şeiri öz ifasında səsləndirildi. Dərin duyğular doğuran həmin şeiri oxucularımıza da təqdim edirik.
ÖLÜMSÜZ ŞƏHİDİM, LAÇINLI FƏRİD
Laçın dağlarının igid oğlusan,
Vətəni, torpağı candan sevmisən.
Elə sevgin üçün, Fərid, könüllü,
Qırx dörd gündə Vətən deyib getmisən.
İgidlik edərək, öndə gedərək,
Heçə-neçə yanı yan üstə qoydun.
İyrmi səggizinə ölün deyərək,
İt leşi tək leşi leş üstə qoydun.
İgidlik göstərdin,ərlik göstərdin,
Şuşa dağlarında, ay cəsur Fərid.
Dağ yollarının yolun göstərdin,
Səninlə döyüşən gənclərə, Fərid.
Adını tarixə yazdın şərəflə,
Şəhidlik şərəfdi, şəhid Fəridim.
Anan sızlasa da deyir fərəhlə,
Ölümsüz şəhiddir mənim Fəridim.
Laçında qoyular sənin heykəlin,
Önündən keçərək gedən əsgərə.
And yeri olacaq sənin heykəlin,
Ay mənim ölümsüz Şəhid Fəridim.
ELMİRA ASLANXANLI TURAN
19.07.2026
Vətən oğullarının əziz ruhu qarşısında baş əyirik.
Jalə Cəfərova. Yazışı-publisist,filologiya üzrə fəlsəfə doktoru.


Bakı -°C

