ABŞ Kanada məhsullarına tarifləri 50 faizə qaldırdı
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə qarşı “ayrı-seçkilik xarakteri daşıyan ticarət siyasəti”ni əsas gətirərək, Kanadadan idxal olunan bəzi məhsullara əlavə 50 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Adalet.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, yeni tariflər avqustun 19-dan qüvvəyə minəcək.
Vaşinqton administrasiyası qərarın ABŞ istehsalçılarını, xüsusilə də avtomobil sənayesini qorumaq məqsədi daşıdığını bildirib.
Qərara əsasən, 1930-cu il Tarif Qanunu çərçivəsində müəyyən Kanada məhsullarına əlavə 50 faizlik rüsum tətbiq olunacaq.
ABŞ administrasiyası bəyanatında Kanadanın tarif sistemini “ayrı-seçkilik yaradan, qeyri-bərabər və əsassız” adlandırıb. Vaşinqton hesab edir ki, bu siyasət Amerika şirkətlərinin rəqabət qabiliyyətini zəiflədir və ölkənin iqtisadi maraqlarına ziddir.
Digər Xəbərlər
21 Iyul 2026 16:06
Türkiyədə yeni siyasi partiya quruldu - CHP əsas müxalifət olmayacaq
21 Iyul 2026 13:58
Türkiyə rəsmən elan etdi: S-400-ləri satır
21 Iyul 2026 11:24
“Qarşılıqlı hava hücumları qısa müddət ərzində dayandırılmasa...”
20 Iyul 2026 22:40


Bakı -°C

