Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"lə cavab matçına çıxır
"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
22:00. “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sozza
"Ludoqorets Arena"
İlk oyun: 2:1
Qeyd edə ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
Digər Xəbərlər
08 Sentyabr 2026 14:59
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
08 Sentyabr 2026 07:08
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
07 Sentyabr 2026 21:00
Neftçi" nigeriyalı hücumçu transfer etdi
07 Sentyabr 2026 20:00


Bakı -°C

