adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Aprel 2024 09:10
1156
İDMAN

Çempionlar Liqası: "Bavariya" və "Real" yarımfinalda - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinala yüksələn son iki komandanın adına aydınlıq gəlib.

Adalet.az xəbər verir ki, "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ı ilə qarşılaşıb. Matç almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün münxenlilər mərhələni adlayan tərəf olublar.

Günün digər oyununda "Mançester Siti" və "Real Madrid" üz-üzə gəlib. İlk matçda (3:3) olduğu kimi, bu görüş də (1:1) heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan "Real Madrid" (4:3) yarımfinala vəsiqə qazanıb və "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, yarımfinalın digər görüşü "Borussiya Dortmund" (Almaniya) və PSJ (Fransa) arasında baş tutacaq.