Cəlilabadda qoyun oğruları ələ keçdi

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə iyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Onların Cəlilabad rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparıldığı müddətdə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar sahiblərinə təhvil verilib. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Digər Xəbərlər

1 tona yaxın çətənə bitkisi yandırıldı

Məhkəmə 70 kq qızılla tutulan polkovnik-leytenantla bağlı yeni qərar verdi

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Ermənilər Batumidə 31 milyon dollarlıq heroinlə tutuldu: 300 kq

Narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən şəxs saxlanıldı

Polis 7,6 kq narkotik, 4,8 tondan artıq çətənə kolu aşkarladı

Ötən gün kartlardan 14 minə yaxın vəsait oğurlanıb
